1 yanvar 2017-ci il tarixinə Əmanətlərin Sığortalanması Fondunun (ADIF) aktivləri 87 mln. 462,858 min manat təşkil edir ki, bu da 2016-cı ilin əvvəlinə olan göstəricidən 35,1% azdır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə fonddan məlumat verilib.
Fondun saytında dərc edilmiş 2016-cı il üzrə maliyyə hesabatına əsasən, aktivlərin strukturunda pul vəsaitlərinin və onların ekvivalentlərinin payına 47 mln. 789,172 min manat (artım 16,5%) düşüb. Bununla belə, fond tez satılması mümkün olan investisiya kağızlarına (2015-ci ildə investisiya kağızlarının payına 84 mln. 281,417 min manat düşüb) malik olmayıb.
Cari ilin əvvəlinə fondun öhdəlikləri 594 mln. 919,142 min manata (artım 3,7 dəfə) bərabərdir. 2016-cı ilin sonuna öhdəliklərin strukturunda 526 mln. 733,332 min manat fondun qısamüddətli kreditləri və borclarının, 34 mln. 922 min manat (artım 4,1 dəfə) kreditlərin və borcların qısamüddətli hissəsinin payına düşüb.
1 yanvar 2017-ci il tarixinə ADİF-in sığorta ehtiyatlarının mənfi rəqəmi 507 mln. 456,284 min manata (artım 20,4 dəfə) bərabər olub.
Maliyyə hesabatına əsasən 2016-cı ildə fondun əməliyyat zərəri 476 mln. 678,785 min manat (artım 3,8 dəfə) təşkil edib.
Ötən il ADİF-in xalis zərəri 482 mln. 561,047 min manat (artım 4,3 dəfə) məbləğində olub.
ADİF-in 2016-cı il üzrə maliyyə göstəricilərinin pisləşməsi fondun lisenziyaları ləğv edilmiş 10 bankın əmanətçilərinə kompensasiya ödənişi həyata keçirməsi ilə əlaqədardır. Əmanətçilərə ümumilikdə 500 mln. manatdan çox kompensasiya ödənilib. Fond kompensasiyaların ödənilməsi üçün Maliyyə Nazirliyinin zəmanəti ilə Mərkəzi Bankdan məqsədli kreditlər cəlb edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət