Rusiyanın ikinci böyük bankı olan bank VTB (aktivləri 221 mlrd. dollar, 2016-cı il üzrə xalis mənfəəti - 915 mln. dollar) Qrupuna daxil olan VTB (Azərbaycan) BMHS standartları üzrə ötən ilə olan hesabatını dərc edib. Belə ki, 2016-cu ilin yekunları üzrə bank VTB (Azərbaycan)-ın məcmu aktivləri 271,6 mln. manat, o cümlədən kredit portfeli 195 mln. manat təşkil edib. Bankın passivləri maliyyə institutları tərəfindən verilmiş vəsaitlər, həmçinin fiziki və hüquqi şəxslərin hesablarındakı vəsaitlərinin qalığı hesabına formalaşıb.
Birinci və ikinci dərəcəli kapitalının adekvatlıq əmsalı 2016-ci ildə 5% və 10%-lik normativə qarşı müvafiq olaraq 25,6% və 35,1% təşkil edib. 2016-ci ildə inkişaf strategiyası çərçivəsində banka səhmdarları tərəfindən əlavə vəsait ayrılıb.
Hazırda bankda 2017-2019-cu iilər üzrə strategiya reallaşır. Kreditləşmə ilə yanaşı, bankın əsas fəaliyyət istiqaməti müasir informasiya texnologiyalarından istifadə edərək tranzaksiya biznesinin inkişafıdır. Bu səbəbdən korporativ biznesin prioritetlərindən biri Rusiya və Azərbaycan biznesləri arasında aparılan hesablaşmalarda bankın fəal iştirak etməsidir. Bank tərəfindən müasir informasiya texnologiyalarının tətbiqi həmçinin əhalinin maliyyə xidmətlərindən daha rahat istifadəsinin təmin edilməsinə yönəlib.
Strategiyada qoyulan məqsədlərə çatmaq üçün bankın kapitalının gələcəkdə də artırılması nəzərdə tutulurr. Hazırda qrupun korporativ prosedurları çərçivəsində müvafiq işlər həyata keçirilir.
2016-cı ildə bu strategiyanın reallaşması məqsədi ilə bank, qrupun prioritetlərini nəzərə alaraq müasir iqtisadi şəraitdə çalışan yeni komanda formalaşdırıb.
Yeni layihələrin reallaşması ilə yanaşı bank fiziki və hüquqi şəxslərin öhdəliklərinin restrukturizasiyası üzrə işini davam etdirib. VTB (Azərbaycan) borcu olan müştəriləri üçün müasir şərtlərə uyğun müvafiq təkliflər hazırlayaraq təqdim edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət