2017-ci ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu ötən ilin analoji dövründə $242,071 mln.- a qarşı $1 mlrd. 633,217 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Cari ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $7 mlrd. 266 mln. 952,17 min (artım 13,18%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $4 mlrd. 450 mln. 84,63 min, idxalın həcmi $2 mlrd. 816 mln. 867,54 min təşkil edib. 2016-cı ilin yanvar-may aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 44,05% artıb, idxalın həcmi 15,44% azalıb.
İxracın strukturunda 72,59% neftin, 3% neft məhsullarının, 3,46% təbii qazın, 11,58% elektrik enerjisinin, 3,46% meyvə-tərəvəz məhsullarının, 0,09% çayın, 0,17% bitki və heyvan mənşəli yağların, 0,47% qəndin, 0,23% spirtli və spirtsiz məhsulların, 0,48% kimya məhsullarının, 1,17% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,51% pamblq ipliyin, 0,67% qara metal və ondan hazırlanan məmulatların, 1,08% alüminium və ondan hazırlanan məmulatların, 3,97% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 18,69% ərzaq məhsullarının, 2,09% tütün və tütün məhsullarının, 0,08% sementin, 2,43% əczaçılıq məhsullarının, 3,6% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,5% odun və oduncaqdan hazırlanan məhsulların, 10,09% qara metal və ondan hazırlanan məmulatların, 21,57% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 6,42% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,15% mebelin, 31,38% digər məhsulların payına düşüb.
2017-ci ilin yanvar-may aylarında xarici ticarət əməliyyatlarında 4,099 min özəl və dövlət müəssisəsi və 3,774 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 166 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 21,23%-i), Türkiyə (13,28%), Portuqaliya (4,73%), Gürcüstan (4,56%), Kanada (4,56%) və əsas idxal əməliyyatlarını isə Rusiya (19,26%), Türkiyə (16,81%), Çin (9,75%), Almaniya (5,11%), Ukrayna (4,8%), Ukrayna (4,8%) və ABŞ-la (4,17%) həyata keçirib.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət