İyulun ortalarına qədər Azərbaycan Beynəlxalq Bankın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planının xarici kreditorların qəbulu ilə bağlı vəziyyət aydınlaşacaq. Bu barədə maliyyə naziri Samir Şərifov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
“Gələn ayın ortalarına qədər vəziyyət aydın olacaq. İctimaiyyəti danışıqlar barədə məlumatlandırmışıq. Bundan başqa hələlik heç nə deyə bilmərəm”, - deyə S.Şərifov vurğulayıb.
Xəbər verildiyi kimi, ABB mayın 11-də xarici borc üzrə ödənişləri dayandırması və investorlara öz borclarının bir hissəsini Azərbaycanın suveren istiqrazlarına dəyişdirməyi təklif edəcəyi barədə məlumat yayıb. Bank $3,34 mlrd. məbləğində öhdəlikləri restrukturizasiya etməyi planlaşdırır.
Öhdəliklərin könüllü restrukturizasiyası çərçivəsində “Banklar haqqında” qanuna müvafiq qaydada müəyyən maliyyə institutlarından cəlb olunmuş xarici valyutada borcların birbaşa dövlətə ötürülməsi planlaşdırılır. Restrukturizasiya planının xarici kreditorların yığıncağında onların ən azı 2/3 hissəsinin razılığı əsasında həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan hökuməti "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC tərəfindən borcların dövlətə ötürülməsi prosesi yekunlaşanadək xarici kreditorlardan xarici valyutada cəlb olunmuş öhdəliklərin (ticarətin maliyyələşdirilməsi əqdləri üzrə faiz ödənişləri istisna olmaqla) icrasını dayandırır. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət