Vergilər Nazirliyi qeyri-rezidentlərə elektron imza vasitəsilə müəssisələrin qeydiyyatdan keçirilməsi sisteminin tətbiqi məqsədilə qanunvericilik təkliflərini Nazirlər Kabinetinə təqdim edib. bunu jurnalistlərə açıqlamasında Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Departamentinin baş direktoru Samirə Musayeva bildirib.
“Bu qanun layihəsi sayəsində qeyri-rezidentlər Azərbaycana gəlmədən müəssisələri qeydiyyatdan keçirə bilərlər”, - deyə S.Musayeva “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavabında qeyd edib.
O xatırladıb ki, bu qanun layihəsinin hazırlanması prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında öz əksini tapan tapşırıqlar əsasında həyata keçirilib.
“Fərmana əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi nəzərdə tutulur. Bunun üzərində intensiv işlər aparılır. Digər tərəfdən, electron imzaya malik olan şəxslərin Azərbaycana gəlmədən müəssisələri qeydiyyatdan keçirə bilmək imkanını təmin etməliyik. Diplomatik nümayəndəliklərin qeyri-rezidentlərə elektron imza təqdim etmələri üçün texniki məsələləri həll etmək lazımdır”, - deyə o qeyd edib.
S.Musayeva əlavə edib ki, ayrıca qanunun qəbulu deyil, qüvvədə olan qanunlara düzəlişlərin daxil edilməsi nəzərdə tutulur. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət