Milli Məclisin bu gün keçirilən plenar iclasında kəsirin ÜDM-in 1,8%-dək arırılmasını nəzərdə tutduğu 2017-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Düzəlişlər 2017-ci ildə gəlirlər üzrə proqnozun 511 mln. manat və ya 3,1%, xərclərin 1 mlrd. 41 mln. manat və ya 6,2% artımını nəzərdə tutur. Düzəlişdən sonra gəlirlər üzrə proqnoz 16 mlrd. 766 mln. manat və ya ÜDM-in 25,2%-ni, xərclər üzrə - 17 mlrd. 941 mln. manat və ya ÜDM-in 26,9%-ni təşkil edəcək.
Dövlət büdcəsinin kəsiri təsdiq edilmiş olunmuş göstəriciyə nisbətən 530 mln. manat - 1 mlrd. 175 mln. manatadək artacaq və ÜDM-in 1,8%-nə bərabər olacaq.
Əlavə gəlirlər strukturunda Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat,Vergilər Nazirliyi üzrə üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.
Əlavə xərclər Əmanətlərin Sığortalanması Fondunun nizamnamə kapitalının 546 mln. manat artırılmasına, Dövlət Neft Şirkəti tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına (250 mln. manat), dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə (191 mln. manat) və digər istiqamətlərə yönəldiləcək.
2017-ci ildə dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 645 mln. manat və ya ÜDM-nin 1,05%-i səviyyəsində proqnozlaşdırılır.**
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət