Tallinn Estoniyanın Avropa İtytifaqı Şurasında sədrliyi dövründə “Şərq Tərəfdaşlığı” ilə əlaqədar proqramla əsas tədbirlədə Azərbaycan nümayəndə heyətinin iştirakını gözləyir. Bu barədə Estoniya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri, “Şərq Tərəfdaşlığı” üzrəEstoniya Mərkəzinin direktoru Yan Reinhold bəyan edib.
“4 oktyabr 2017-ci il tarixində Tallinndə “Şərq Tərəfdaşlığı” ölkələrində elektron idarəetməyə etimad” elektron tərəfda.lığa dair konfrans keçiriləcək. Azərbaycan “Şərq Tərəfdaşlığı” proqramının çox vacib və perspektivli partnyorudur. Azərbaycan hansı nəticələr əldə etdiyini, bu ölkədə kooperasiya üçün Estoniya və bütövlükdə Aİ-yə nə nümayiş edə biləcəyini göstərə bilər”, - Y.Reinhold bildirib.
Onun sözlərinə görə, əsas müzakirə mövzuları aşağıdakılar olacaq: “Şərq Tərəfdaşlığı” ölkələrində ən yaxşı təcrübələr və onların tətbiqi; elektron idarəetmənin inkişafı məqsədilə həm ümumi, həm də ayrı-ayrı ölkələr üzrə siyasi tövsiyyələr.
Diplomat qeyd edib ki, tədbir Aİ Katibliyi, Estoniya Elektron İdarəetmə Akademiyası (eGA) və “Şərq Tərəfdaşlığı” üzrəEstoniya Mərkəzi tərəfindən təşkil olunub.
Konfrans Aİ və Estoniya XİN tərəfindən birgə maliyyələşdirilir.
Bundan başqa, həmçinin Estoniyada Vətəndaş cəmiyyətinin “yeni dövr və insanlar üçün mühüm nəticələr: Şərq tərəfdaşlığı 2020” konfransında Azərbaycan nümayəndə heyətinin iştirakını gözləyirlər.
“Konfrans “Şərq Tərəfdaşlığı” Sammitinin ənənəvi paralel tədbiridir və 25-27 oktyabr tarixlərində keçiriləcək. Konfransın əsas mövzuları hökumət və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq, demokratik idarəetmə, şəffaf idarəetmə çərçivəsində elektron qərarlar, icmaların iqtisadi inkişafa daxil edilməsi və KİV-in səlahiyyətlərinin inkişafı və yalan məlumat yaymaq ilə mübarizədə vətəndaş cəmiyyətinin rolu”, - o qeyd edib.
Tədbir “Şərq Tərəfdaşlığı” Vətəndaş Cəmiyyəti Forumu və “Şərq Tərəfdaşlığı” üzrəEstoniya Mərkəzi tərəfrindən Estoniya Vətəndaş Cəmiyyəti təşkilatları ilə əməkdaşlıqda təşkil olunub.
Konfransın əsas məqsədi “Şərq Tərəfdaşlığı” ölkələrində Vətəndaş Cəmiyyəti təşkilatlarının möhkəmlənməsi və “Şərq Tərəfdaşlığı” sahəsində Aİ-nin siyasətinin hazırlanmasına vətəndaş cəmiyyətinin cəlb olunmasıdır.
Tədbir Avropa Komissiyası, Vətəndaş Cəmiyyəti Forumu və Estoniya XİN tərəfindən birgə maliyyələşdirilir.
“Bununla yanaşı, 26-27 oktyabr tarixlərində Tallinndə “Rəqəmsal iqtisadiyyat - sərhədsiz şəffaf biznes üçün innovativ mühit” Şərq Tərəfdaşlığı binzes-formu keçiriləcək. Bu tədbirin əsas məqsədi transsərhəd iqtisadi əlaqələrə, şəffaflığa, Aİ-dən şirkətlər və ”Şərq Tərəfdaşlığı ölkələri arasında biznes və əməkdaşlıq üçün yeni əlaqələrin yaradılmasına yardım etməkdir. Bu mənada, kiçik və orta müəssisələrə xüsusi diqqət ayrılacaq”, - Y.Reinhold vurğulayıb.
Onun sözlərinə görə, forum sırf biznesə istiqamətlənib, siyasi amil minimuma endirilib.
Tədbirin təşkilatçıları qismində “Şərq Tərəfdaşlığı” üzrəEstoniya Mərkəzi və Estoniya İnkişaf və Sahibkarlıq Agentliyi çıxış edir. Forum Aİ, Estoniya XİN və Estoniya İnkişaf və Sahibkarlıq Agentliyi tərəfindən birgə maliyyəlışdirilir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət