Beynəlxalq Ticarət Mərkəzi (ITC) Azərbaycana yerli məhsulların beynəlxalq elektron kommersiya platformalarına birbaşa çıxışının əldə edilməsi sahəsində əməkdaşlıq təklif edir. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
İyulun 4-də iqtisadiyyat naziri Şahin Mustafayev Beynəlxalq Ticarət Mərkəzinin direktoru Arança Qonzaleslə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.
A.Qonzales bildirib ki, Azərbaycanla əlaqələrin inkişafı üçün böyük potensial var.
“Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artırılması və xarici bazarlara daha çox çıxarılması, eləcə də beynəlxalq elektron kommersiya platformalarına (məs., Ebay) birbaşa çıxışın əldə edilməsi sahəsində uğurlu əməkdaşlıq etmək olar”, - deyə məlumatda qeyd olunur.
Ş.Mustafayev vurğulayıb ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında, ixracın rəqabət qabiliyyətinin artırılmasında beynəlxalq təcrübəyə xüsusi önəm verilir.
Onun sözlərinə görə, bu istiqamətdə əlverişli iqtisadi-coğrafi mövqeyə və insan resurslarına malik olan Azərbaycanla İTC rasında əməkdaşlıq faydalı olacaq. Bu baxımdan Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanacaq Anlaşma Memorandumu əlaqələrin inkişafında böyük əhəmiyyət kəsb edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət