BMT və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) Beynəlxalq Ticarət Mərkəzi (CCI) və Avropa İttifaqı (Aİ) Azərbaycanın kiçik və orta müəssisələrinə ixracı şaxələndirməkdə və artırmaqda kömək edəcək. Bu barədə bu gün Bakıda jurnalistlərə CCI-nin icraçı direktoru Arança Qonzales məlumat verib.
"Biz Aİ-nin Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində "Ticarətə hazır ol" layihəsinə başlayırıq. Layihə Azərbaycanın kiçik və orta müəssisələrinə ixracı şaxələndirməyə və artırmağa kömək edəcək. Nəticədə yeni iş yerləri açılacaq və işsizliyin səviyyəsi aşağı düşəcək", - deyə o bildirib.
İcraçı direktorun sözlərinə görə, üçillik layihə Aİ tərəfindən maliyyələşdirilir və Azərbaycan məhsullarının Avropa bazarına çıxarılmasına yönəlib.
"Mən yerli fındıq, bal, meyvə, tərəvəz istehsalçıları ilə görüşlər keçirdim və qəti şəkildə əminəm ki, bu layihə çərçivəsində onlar Avropa bazarına yol açacaqlar", - deyə A.Qonzales qeyd edib.
CCI direktoru, həmçinin deyib ki, layihənin məqsədi həm də ixrac əməliyyatlarına cəlb edilmiş Azərbaycanın kiçik və orta müəssisələrinin sayını artırmaqdır. "Bu gün Azərbaycanda şirkətlərin 80%-i kiçik və orta müəssisələrdir, ancaq onlar ÜDM-nin yalnız 3%-ni formalaşdırır, 10%-dən az hissəsi isə ixracla məşğuldur. Məqsədimiz ixraca cəlb edilmiş kiçik və orta müəssisələrinin sayını artırmaq və bu göstəricini 20%-lik ÜDM səviyyəsinə çatdırmaqdır", - deyə A.Qonzales vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan doğru yoldadır – bu, "iqtisadiyyatın inkişafı üçün ticarətdən mühərrik kimi istifadə edilməsidir".
Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev isə qeyd edib ki, layihənin komponentlərinə potensial məqsədli bazarların öyrənilməsi, kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması, onları dəstəkləyən təşkilatların potensialının gücləndirilməsi, kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışının yaxşılaşdırılması, Azərbaycanın kiçik və orta müəssisələrinin qlobal dəyər zəncirinə inteqrasiyası və beynəlxalq bazarlara çıxışından ibarətdir.
"Bizim kiçik və orta müəssisələrin maliyyə vəsaitlərinə çıxışı ilə bağlı vəziyyətin yaxşılaşdırılmasına dair müəyyən təkliflərimiz var", - deyə o əlavə edib.
Bu gün CCI və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət