Bakı Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin sammitində Qarabağ münaqişəsinin nizamlanmasına vahid yanaşma nümayiş olunacağına ümid edir.
"Ermənistanla Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ona bitişik 7 rayon ətrafında davam edən münaqişə Azərbaycanın ən ağrılı problemidir. Bu münaqişə nəticəsində 1 milyondan çox azərbaycanlı məcburi köçkünə və ya qaçqına çevrilib", -deyə xarici işlərinin nazir müavini Mahmud Məmmədquliyev bu gün Kişinyovda "Şərq Tərəfdaşlığı" proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin brifinqində bildirib.
"Biz Brüsseldə keçiriləcək (21 noyabr 2017-ci il - İF) sammitdən “Şərq Tərəfdaşlığı” regionunda mövcud bütün münaqişələrə yeni Avropa strategiyasına uyğun olaraq vahid yanaşma gözləyirik. Yeni Avropa strategiyasına əsasən ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı bu problemlərin nizamlanması üçün əsas prinsiplər olmalıdır", - deyə o əlavə edib.
Nazir müavini təəssüflə bildirib ki, münaqişənin davam etdiyi 25 il ərzində ciddi irəliləyiş yoxdur. "Mövcud status-kvo qəbuledilməzdir. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri də təsdiq edir”, - deyə M.Məmmədquliyev vurğulayıb.
“Biz münaqişə nəticəsində yalnız hərbçilərin yox, həm də mülki vətəndaşların həlak olması ilə üzləşirik. 5 gün əvvəl ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması və nəticədə 2 yaşlı qızın və onun nənəsinin öldürülməsi ilə bağlı hadisəni misal gətirmək olar. Buna görə də münaqişənin yuxarıda qeyd olunan prinsiplər əsasında həlli üçün konstruktiv və ciddi danışıqların vaxtı yetişib”, - deyə o qeyd edib.
M.Məmmədquliyev əlavə edib ki, Azərbaycan sammitdə bu mövqeni dəstəkləyəcək və keçən dəfəki kimi selektiv yanaşma olmayacağına ümid edir. “Biz, həmçinin Avropa İttifaqı ilə Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2006-cı il tarixli Anlaşma Memorandumuna əsaslanan strateji tərəfdaşlıq barədə yeni sazişlə bağlı danışıqlarda müsbət irəliləyişlərin olacağına ümid edirik”, - deyə nazir müavini əlavə edib.*
F.İsazadə, A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət