Caspian European Club (CEC) 2017-ci il sentyabrın 20-də Bakıda telekommunikasiya və nəqliyyat forumları keçirəcək. Bu barədə CEC-nin məlumatında deyilir.
“Sentyabrın 20-də Caspian Energy Transport ForumvəCaspian Energy ICT Forum keçiriləcək. Forumun birinci hissəsi nəqliyyat sektoruna, ikinci hissəsi isə İKT sahəsinə həsr olunacaq. Forumun açılışında nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin iştirakı gözlənilir”, - deyə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
Caspian Energy Transport Forum-un əsas mövzusu regionun nəqliyyat infrastrukturunun inkişafı, “Şimal-Cənub” nəqliyyat dəhlizinin perspektivləri və Azərbaycanın bu dəhlizdəki rolu, Ələt qəsəbəsində azad ticarət zonasının yaradılması, Azərbaycanla digər dövlətlər arasında aviamarşrutun açılması, dəmiryol stansiyalarının tikintisi, Xəzər dəniz gəmiçiliyinin inkişafı ilə bağlı olacaq.
Forumda AZAL, Azərbaycan Dəmir Yolları, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və ölkənin digər nəhəng nəqliyyat şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.
Caspian Energy İCT Forum çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinin, həmçinin Azərbaycan şirkətləri tərəfindən ölkəmizin hüdudlarından kənarda uğurla istifadə olunan proqram təminatının istehsalı məsələsinin müzakirəsi planlaşdırılır.
“Forumun təşkili əlamətdar hadisə sayılan “Əsrin müqaviləsi”nin imzalandığı tarixə - sentyabrın 20-nə planlaşdırılır və neft sektorunun inkişafından qeyri-neft sektorunun, xüsusilə nəqliyyat və İKT sahələrinin inkişafına keçidlə assosiasiya olunur”, - deyə T.Əliyev vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət