Azərbaycan ixracın coğrafiyasını genişləndirməlidir. Bunu prezident İlham Əliyev deyib.
“Qeyri-neft sektorunun ixracının artırılması istiqamətində işlər gedir, artım yaxşıdır, 27 faiz təşkil edib. Biz ixracın coğrafiyasını da genişləndirməliyik. Ənənəvi bazarlar var. Biz o bazarlarda varıq, mövqelərimizi daha da gücləndirməliyik, yeni bazarlara da çıxmalıyıq”, - deyə dövlət başçısı iyulun 12-də Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan indi bir neçə Körfəz ölkəsinə öz kənd təsərrüfatı və emal məhsullarını ixrac etməyə başlayıb.
“Bunu genişləndirmək lazımdır. Körfəz ölkələrinin bazarı kifayət qədər böyükdür və məsafə baxımından yaxındır”, - deyə İ.Əliyev qeyd edib.
O əlavə edib ki, Azərbaycan artıq Asiya ölkələrinin bazarlarına çıxır və çalışmalıdır ki, Avropa İttifaqı ölkələrinin bazarlarına da çıxsın.
“Mənim demək olar ki, bütün xarici səfərlərim çərçivəsində və xarici həmkarlarım Bakıda olanda bu məsələni qaldırıram, siyahını onların qarşısına qoyub deyirəm ki, biz bu məhsulları ixrac edə bilərik, siz də bunları alırsınız, gəlin bizdən alın. Biz də sizin ixrac etdiyiniz məhsulları alaq. Ona görə, indi biz bütün görüşlərə bu siyahı ilə gedirik və bunun gözəl nəticələri var. Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, sadəcə olaraq, bu günə qədər onlarda məlumat yox idi”, - deyə dövlət başçısı vurğulayıb.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət