2017-ci iln birinci yarısında Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 4,96% - $34 mlrd. 790,9 mln.-a qədər artıb. Bu barədə fondun məlumatında qeyd olunur.
„İlk növbədə, fondun investisiya portfelinin strukturuna daxil olan (əsasən, avro, Rusiya rublu, Britaniya funt sterlinqi) valyutaların məzənnə fərqi, həmçinin aktivlərin dəyərinin artımı aktivlərin artmasına müsbət təsir edib“, - məlumatda deyilir.
2017-ci ilin birinci yarısında fondun gəlirləri 6 mlrd. 127,2 mln. manat, xərcləri 5 mlrd. 533,8 mln. manat təşkil edib.
Fondun gəlirləri strukturunda mənfəət nefti və qazının satışından daxilolmalar 5 mlrd. 443,1 mln. manat, tranzit gəlirləri 9,6 mln. manat, bonus ödənişləri 2,4 mln. manat, akrhesabı ödənişlər 3,6 mln. manat təşkil edib.
Bu dövrdə fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 668,4 mln. manat təşkil edib.
Yanvar-iyun aylarında fondun xərcləri strukturunda ən çox məbləğ – 2 mlrd. 991 mln. manat dövlət büdcəsinə transfertlərin payına düşüb.
Bundan başqa, qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 56,4 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 21,5 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 2,7 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə 9,2 mln. manat vəsait yönəldilib.
O cümlədən, 2017-ci ilin birinci yarısında Fondu büdcəsindən ölkədə iqtisadi sabitliyin təminatına AMB-yə transfertlər 2 mlrd. 448,3 mln. manat təşkil edib.
Məzənnə fərqindən əldə olunan büdcədənkənar gəlirlər 98,4 mln. manat təşkil edib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət