Azərbaycan Dövlət Neft Fondu (ARDNF) indiyə qədər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisinə $631,79 mln. yönəldib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“BTQ layihəsinin maliyyələşdirilməsi üçün ARDNF-in vəsaitlərindən bu məbləğ müvafiq qurumlara layihənin reallaşdırılmağa başlandığı dövrdən 2017-ci il iyulun 1-nə qədər ayrılıb. Bu ilin I yarısında bu məqsədlər üçün fondun vəsaitlərindən $1,56 mln. yönəldilib”, - Fonddan bildirilir.
Bu vəsaitlər Azərbaycan və Gürcüstan hökumətləri arasında imzalanmış saziş əsasında Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə Türkiyə sərhədi - Marabda dəmir yolunun layihələndirilməsi, tikintisi, bərpası, yenidən qurulması, istismarı və dəmir yolu infrastrukturunun müvafiq obyektləri üçün yaradılmış “Marabda-Kartsaxi Dəmir Yolu” MMC-nin hesabına köçürülür.
2017-ci ildə ARDNF tərəfindən bu layihənin maliyyələşdirilməsinə 165 mln. 825 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub (2016-cı ildə 41,9 mln. manat ayrılıb).
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ilin III rübündə istismara veriləcək. **
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət