“Kapital Bank” filialların inkişafı layihəsi çərçivəsində Gəncə şəhərində yerləşən “Gəncə” filialı nəzdində müştərilər üçün 24/7 Elektron Xidmət Mərkəzini istifadəyə verib. Bu barədə bankdan məlumat verilib.
Gəncə, yeni mərkəzin istifadəyə verildiyi ilk region olub. Xidmət mərkəzində 24 saat ərzində ödəniş terminalları vasitəsilə kommunal və bank ödənişləri, ATM vasitəsilə isə sürətli köçürmələrin qəbulu, nağd vəsaitin hesaba mədaxil və məxarici mümkün olacaq.
“Qeyd edək ki, “Kapital Bank” filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər çərçivəsində 2017-ci ildə yeni “Bravo” və “Nərimanov” Kart Mərkəzi filialları, “Buzovna”, “Dəmiryol”, “Lökbatan” və “ASAN Masallı” şöbələri fəaliyyətə başlayıb, “Həzi Aslanov”, “Qubadlı” və “Göyçay” filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır”, - məlumatda qeyd olunur.
“Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərə xidmət göstərir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət