2017-ci ilin birinci yarısında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2016-cı ilin analoji dövrü ilə müqayisədə 22,4% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Hesabat dövründə respublikada 362,7 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, 2017-ci ilin birinci yarısında kimya məhsullarının istehsal həcmi 22,4%, rezin və plastmas məmulatların istehsal həcmi 48,5% azalıb. Əczaçılıq məhsullarının istehsalı 2,3 dəfə artıb”, - deyə Komitədən bildiriblər.
Məlumatlara əsasən, bu dövrdə azot istehsalı 0,7% - 11 mln. 172,6 min kubmetrə qədər, propilen istehsalı 0,6% - 28 min tona qədər, polietilen istehsalı 2,7% - 53,7 min tona qədər, etilen istehsalı 2,5% - 55,3 min tona qədər, izopropil spirti istehsalı 27,8% - 7 min 880,2 tona qədər, metanol istehsalı 7 dəfə - 93,7 min tona dəqər, lak-boya məhsulları istehsalı 37,6% - 4 min 75,5 tona qədər artıb.
Cari ilin birinci yarısında yod istehsalı 1,7% - 94,8 tona qədər, oksigen istehsalı 70,6% - 1 mln. 522,4 min kubmetrə qədər, başqaüzvü həlledicilər istehsalı 48,6% - 4 min 361 tona qədər azalıb. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət