Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycana kənd təsərrüfatı sahəsində sığorta mexanizmini təkmilləşdirməkdə kömək edəcək.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu məsələ kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və İFC-nin Azərbaycandakı daimi nümayəndəsi Aliyə Əzimova arasında müzakirə olunub.
“Ölkəmizdə sığorta modelini həyata keçirmək üçün müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi aqrar sığorta sahəsində yeni qanunların qəbul edilməsi və bu sığorta mexanizmində fermerlərin mənafeyinin qorunması və çevikliyin təmin edilməsi qarşımızda duran əsas vəzifələrdəndir”, - deyə nazir müavini əlavə edib.
Tərəflər qeyd ediblər ki, maliyyə resurslarına çıxışın genişləndirilməsi yollarının biri də kənd təsərrüfatı sahəsinə xas olan risklərin azaldılmasıdır. Bu cür risklərə hava şəraiti və qiymətlərin dəyişkənliyi kimi elementlər daxildir ki, onlar da məhsuldarlığa və mənfəətliliyə mənfi təsir göstərə bilər. Sığorta isə fermer təsərrüfatlarının bu kimi risklərdən mühafizəsini təmin edir. Kənd təsərrüfatı risklərini azaltmağa və bu sahə üçün maliyyə resurslarına çıxışı genişləndirməyə kömək edən sığorta məhsullarının dəstəklənməsi üçün düşünülmüş kənd təsərrüfatı sığortasının tənzimlənməsi sistemi labüddür. Eyni zamanda, bu sahədə ən önəmli məsələlərdən biri aqrar sığorta üzrə qanunvericiliyin təkmilləşdirilməsidir.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət