“Şəki-İpək” ASC və İqtisadiyyat Nazirliyi ölkədə ipəkçiliyin yeni inkişaf modelinin hazırlanması üzrəində işləyir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
"İpəkçiliyin inkişafının stimullaşdırılması, yeni emal sahələrinin yaradılması, istehsal gücünün artırılması, maddi-texniki bazanın gücləndirilməsi və ipəkçiliyin inkişaf modelinin hazırlanması istiqamətində İqtisadiyyat Nazirliyi ilə birgə araşdırmalar aparılır və bununla əlaqədar xarici təcrübənin öyrənilməsi üçün xarici ekspertlərin cəlb olunması məsələləri müzakirə edilir", - deyə məlumatda bildirilir.
Eyni zamanda, müəssisə ipəkçilik məhsullarının ixrac imkanlarının genişləndirilməsi ilə əlaqədar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə əməkdaşlıq edir. Bu məqsədlə müəssisəyə 3 milyon manatadək güzəştli kredit verilib.
Məlumatda qeyd olunur ki, 2015-ci ildə cəmi bir rayonda 725 kiloqram yaş barama istehsal edildiyi halda, 2016-cı ildə 24 rayon üzrə 70 ton, 2017-ci ildə isə 30 rayonu əhatə etməklə 244 ton yüksək keyfiyyətli yaş barama istehsal olunub. Başqa sözlə, bu il 2015-ci ilə nisbətən 337 dəfə çox yaş barama istehsal edilib.
Bununla bərabər, keçən il baramaçılığın coğrafiyasının genişləndirilməsi məqsədilə çox ciddi addımlar atılıb, 37 rayonda 1,7 milyon tut tingi əkilib. Bu da 2019-cu ildə 1300 ton yaş barama istehsalına imkan yaratmaqla yanaşı, müəssisənin tam gücü ilə işləməsini təmin edəcək.
Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunmasına ayrılmış 4.5 milyon manat vəsait hesabına ildə 1.2 ton ipəkqurdu toxumu istehsal olunacaq ki, bu da daxili tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcək.
Görülmüş tədbirlər nəticəsində ölkədə yaş barama istehsalının bir neçə min tona çatdırılması 50 mindən çox kəndli-fermer ailəsinin (və yaxud təxminən 200 min nəfərin) tut ipəkqurdunun bəslənməsi üçün mövsümi işlə təmin olunacağına, bu işlə əhalinin həssas qruplarının (qadınların və əlillərin) da məşğul ola biləcəyinə səbəb olacaq.
“Həmçinin “Şəki-İpək” ASC-də 1500-dək daimi iş yeri açılacaq, beynəlxalq standartlara uyğun xam ipək və ipək məhsulları istehsalı hesabına ölkənin ixrac potensialı artacaq”, - deyə məlumatda vurğulanır.
Əhalinin bu sahəyə maraq göstərməsi barama istehsalı ilə məşğul olan şəxslərə subsidiyaların verilməsindən irəli gəlir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət