2017-ci ilin I yarısında Azərbaycandan $32,3 mln. dəyərində fındıq ixrac olunub. Bu barədə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasından məlumat verilib.
“Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Bu ilin 1-ci yarımili ərzində isə $32,3 mln. dəyərində fındıq ixrac edilib. İlin sonunadək fındıq ixracında artım gözləyirik”, - deyə assosiasiyadan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Bundan əlavə,assosiasiya İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq əlaqələri yaradaraq ixrac təşviqinin ödənilməsi mexanizminə qablaşdırılmamış fındıq ləpəsinin də əlavə olunması üçün birgə işlər aparır.
“Biz “Made in Azerbaijan” brendinin tanıdılması ilə bağlı tədbirlərdən geniş istifadə edirik. İxrac coğrafiyasının genişləndirilməsi məqsədilə Rusiyanın Moskva şəhərində “WorldFood-2017” və Almaniyanın Köln şəhərində “Anuga-2017” sərgilərində iştirak edəcəyik. “Qarşımızda duran əsas hədəflərdən başlıcası istehsal olunan məhsulun keyfiyyətinin davamlı surətdə yüksəldilməsi, rəqabətqabiliyyətliliyin qorunub saxlanılması, məhsuldarlığın artırılması və ixracın genişləndirilməsidir”, - deyə məlumatda qeyd edilir.
Respublikanın 13 rayonu üzrə 40 min hektardan artıq ərazidə fındıq bağlarının salınması nəzərdə tutulur. 2016-2017-ci illərdə 16.3 min hektar fındıq bağları salınıb, 2017-2018-ci illərdə daha 10 min hektar salınacaq.
Fındıqçılığın inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən biri də yeni fındıq bağlarının salınması, tədarükü, emalı və ixracı layihələrinin maliyyələşdirilməsinə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən dövlətin güzəştli kreditlərinin verilməsidir.
“Bu məqsədlə 50-dən çox sahibkara 10.6 mln. manat, o cümlədən 2017-ci ilin ötən dövrü ərzində fındığın tədarükü, emalı və ixracyönümlü layihəyə 600 min manat güzəştli kredit verilib”, - deyə məlumatda vurğulanır.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət