2017-ci ilin yanvar-iyul aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 8 mlrd. 728,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu ilin yanvar-iyul aylarında kapital qoyuluşlarının ümumi həcmindən 6 mlrd. 913,2 mln. manat (bütün investisiyaların 79,2%-i) istehsalat təyinatlı obyektlərin, 1 mlrd. 361,7 mln. manat (bütün investisiyaların 15,6%-i) xidmət obyektlərinin, 453,9 mln. manat 973,7 min kvadratmetrlik yaşayış sahələrinin inşasına (bütün investisiyaların 5,2%-i) yönəldilib.
Hesabat dövrü ərzində əsas kapitala xarici investisiyaların həcmi 5 mlrd. 280,9 mln. manat (bütün investisiyaların 60,5%-i), daxili investisiyaların həcmi 3 mlrd. 447,9 mln. manat (bütün investisiyaların 39,5%-i) təşkil edib.
Yanvar-iyul aylarında qeyri-neft sektoruna kapital qoyuluşları 5 mlrd. 395 mln. manat (bütün investisiyaların 61,8%-i), qeyri-neft sektoruna kapital qoyuluşları 3 mlrd. 333,8 mln. manat (bütün investisiyaların 38,2%-i) təşkil edib.
Qeyd olunan dövrdə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 6 mlrd. 328,4 mln. manat və ya bütün kapital qoyuluşlarının 72,5%-ni təşkil edib.*
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət