2017-ci ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 14 mln. tondan artıq həcmdə neft hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin birinci yarısında AÇG blokundan ümumilikdə 16 mln. ton neft hasil olunub. Beləliklə, 2017-ci ilin yanvar-iyun ayları ərzində bu meydançadan neft hasilatı 12,5% azalıb.
Məlumata görə, şirkət birinci yarımillikdə AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,6% - $831 mlrd.-dək azaldıb. «Hesabat dövründə bu məbləğdən $230 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $601 mln.-u əsaslı xərclərin payına düşüb», - deyə məlumatda qeyd olunur.
Bu dövrdə orta sutkalıq neft hasilatı 585 min barel (2016-cı yanvar-iyun aylarında 655 min barel – İF-Az) olub.
Hesabat dövründə “Çıraq” platformasından sutkada 56 min barel (2016-cı ilin yanvar-iyun aylarında sutkada 51 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 129 min barel (sutkada 153 min barel), ”Qərbi Azəri” platformasından 116 min barel (sutkada 117 min barel), “Şərqi Azəri” platformasından 77 min barel (sutkada 71 min barel), “Dərinsulu Günəşli” platformasından 120 min barel (sutkada 136 min barel), “Qərbi Çıraq” platformasından 87 min barel (sutkada 127 min barel) neft hasil olunub.
Xəbər verildiyi kimi, 2016-cı ildə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 31,1 mln. ton neft hasil olunub. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət