“Şəmkir Aqroparkı” Azərbaycanın qərb regionunun ixrac imkanlarının genişləndirilməsində mühüm rol oynayacaq. Bu barədə bazar ertəsi olan “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfransda bildirilib. Avqustun 20-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin rəsmi açılışı keçirilib.
“Aqropark ölkənin ixrac əməliyyatları ilə məşğul olan aparıcı logistik mərkəzləri ilə əməkdaşlıq edəcək, yerli məhsulların “Made in Azerbaijan” brendi ilə ixracını və xaricdə yerləşən əsas istehlakçılara çatdırımasını, eləcə də daxili bazara çıxarılmasını təmin edəcək”, - konfransad qeyd olunub.
Logistika Mərkəzində sahibkarların ixrac əməliyyatları ilə əlaqədar prosedurları sadələşdirmək və sürətləndirmək məqsədilə “bir pəncərə” sistemi qurulub.
“Burada Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Atabank” kommersiya bankının müvafiq strukturları fəaliyyət göstərəcək”, - konfransda vurğulanıb.
Konfransda dövlət qurumları, ali təhsil və elmi tədqiqat müəssisələri, fermerlər, aqrar sahədə ixtisaslaşmış aparıcı yerli və xarici şirkətlər iştirak ediblər. Onlar aqroparkın fəaliyyəti ilə tanış olublar.
Həmçinin nümayəndələr Logistika Mərkəzinin ərazisində təşkil olunmuş kənd təsərrüfatı sərgisində iştirak ediblər. Sərgidə beynəlxalq standartlara cavab verən istixana avadanlıqları, gübrə və dərmanlar, pestisidlər, şitil, ting və toxumlar, suvarma sistemləri, kənd təsərrüfatı texnikasa nümayiş etdirilib. Sərgiyə Azərbaycan, Türkiyə, İtaliya, Hollandiya, Çin və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribyutorları qatılıblar.
Bundan başqa, konfrans çərçivəsində Rusiyanın “Evroxim” şirkəti tərəfindən Gəncə-Qazax iqtisadi zonasına həsr olunmuş “Məhsul gübrənin törəməsidir” adlı beynəlxalq seminar keçirilib.
Konfrans “AzAqroMarket” MMC-nin texniki dəstəyi ilə keçirilib. **
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət