2017-ci ilin yanvar-iyul ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 3 mln. 595,5 min ton neft və 2,99 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İB-dən məlumat verilib.
2016-cı ilin yanvar-iyul aylarında “Azneft” 3 mln. 663,9 min ton neft və 3,3 mlrd. kubmetr qaz hasil edib. Beləliklə, cari ilin hesabat dövründə İB neft hasilatını 1,9%, qaz hasilatını 9,4% azaldıb.
2017-ci ilin əvvəlindən “Azneft”in sifarişi əsasında 39 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 48 min ton neft hasil edilib.
Yanvar-iyul aylarında fəaliyyətsiz quyu fondundan 62 quyu istismara qaytarılıb. Bu quyulardan 26,8 min ton neft alınıb.
Bundan başqa, bu ilin 7 ayı ərzində 377 geoloji tədbir keçirilib, nəticədə 135,6 min ton neft hasil edilib.
Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində 31 min ton neft hasil edilib.
2017-ci ildə “Azneft” 6,3 mln. ton neft və 5,55 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət