Bakı hesab edir ki, “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) kimi qeyri-şəffaf qurumun müəllifliyi ilə yayılan məlumat qərəzli, əsassız və təxribat xarakterlidir.
“Bir daha bəyan edirik ki, OCCRP-nin imzası ilə dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir”, - deyə Azərbaycan Respublikası prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov OCCRP-nin xarici mediada yayılmış materialı ilə bağlıAZƏRTAC-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, hüquqi, demokratik dövlət olan Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistanı və erməni lobbisini ciddi narahat edir.
““The Organized Crime and Corruption Reporting Project” kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialardan və subyektiv mülahizələrdən ibarət materialları məhz bu kimi antiazərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi əsasında hazırlanır, sonra isə dünya mediasında tirajlanır”, - deyə Ə.Həsənov qeyd edib.
O əlavə edib ki, bundan başlıca məqsəd Azərbaycanın sağlam imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Həmçinin Azərbaycana dost münasibət bəsləyən, ölkənin inkişafı, ictimai-siyasi həyatı, iqtisadi nailiyyətləri ilə bağlı müsbət fikirlər bildirən tanınmış şəxslər – ictimai-siyasi xadimlər, rəsmi şəxslər, ekspertlər də hədəfə götürülür, heç bir əsas olmadan onların fəaliyyəti şübhə altına alınır.
“Onu da qeyd etmək istərdim ki, əvvəlki dövrdə də Azərbaycana, ölkə Prezidentinə və onun ailə üzvlərinə qarşı bu kimi qərəzli iddialar irəli sürülmüş, ölkəmizlə bağlı çirkin kampaniya təşkil etmək cəhdləri olmuş, lakin onun sifarişçiləri və icraçıları öz məqsədlərinə çata bilməmişlər”, - deyə o vurğulayıb.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət