"Sentyabrın 20-də Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyilə keçiriləcək Caspian Energy Transport Forum-un iştirakçılarının qeydiyyatı davam edir", - deyəCaspian European ClubvəCaspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib. Onun sözlərinə görə, foruma qeydiyyat sentyabrın 19-dək açıq olacaq. Qeydiyyat üçün link:http://www.caspianenergy.org/index.php/registration/item/123-caspian-energy-ict-forum-caspian-energy-transport-forum-20-09-2017
"Forumun açılışında Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, həmçinin Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, "Azərbaycan Dəmir Yolları" ASC-nin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin, "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin və "Bakı Metropoliteni" QSC-nin rəhbər və müavinlərinin iştirakı gözlənilir", - deyə Telman Əliyev söyləyib.
Caspian Energy Forum Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində, Aİ dövlətlərində ildə bir neçə dəfə keçirilir və neft, eləcə də qeyri-neft sektoru şirkətləri üçüm meydan rolunu oynayır.
Sıralarında dünyanın 50 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb. Caspian European Club dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparmaqla yanaşı, həmçinin kiçik və orta biznesin, eləcə də startapların inkişafı üzrə layihələrə informasiya və təşkilatçılıq dəstəyi göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət