Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda elmi seminar keçirilib.
Universitetin məlumatında deyilir ki, seminarın təşkilatçısı qismində UNEC Tədqiqat Fondu çıxış edib.
Fondun prezidenti Fərhad Əmirbəyov elektron iqtisadiyyatın idarəetmə, biznes və sosial sahələrin, eləcə də cəmiyyətin inkişafı üçün yeni təməl olduğunu bildirib. O, qlobal dünyada iqtisadiyyatın əsas trendlərindən sayılan e-maliyyənin iqtisadi inkişafın dinamikasında, məhsuldarlığın artırılmasında, yeni bazar və sənaye sahələrinin yaranmasında, davamlı inkişafın təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Rusiyanın rəqəmsal iqtisadiyyat və e-maliyyə üzrə tanınmış eksperti, “Bəşəriyyət” Beynəlxalq Fondunun prezidenti, hüquq elmləri doktoru Ruslan Makarov “Elektron pullar: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. R.Makarov alternativ valyuta növlərindən bəhs edərək, kriptovalyuta və e-pul vahidlərinin yaradılması, istifadəsi və digər müsbət xüsusiyyətləri barədə ətraflı məlumat verib.
UNEC rektoru Ədalət Muradov öz növbəsində bildirib ki, iqtisadiyyat tamamilə başqa bir xarakter almağa başlayıb və bu cür iqtisadiyyat xidmətin yeni növlərinin tətbiqini tələb edir. Elektorn pulların xüsusiyyətlərindən danışan rektor onun tətbiqinin nəticələrinin araşdırılmasının vacib olduğunu qeyd edib. O deyib ki, elektron pulların faydası haqqında dünyada əsasən bank və kompüter mütəxəssisləri danışsa da Azərbaycanda bu təşəbbüsü UNEC alimləri ələ almalı və e-pulun əhəmiyyətini əsaslandıran təkliflər hazırlamalıdırlar. Ehtiyac yaranarsa, e-pul məsələsində UNEC ekspertləri hökümətə müvafiq məsləhətlər verə bilərlər” – deyə Ə.Muradov vurğulayıb. Rektor ilk adım olaraq “UNEC ekspert” jurnalının növbəti sayının elektron pullara və kriptoavalyutalara həsr ediləcəyini, Azərbaycanda e-pulların tətbiqinin fayda və perspektivləri, həmçinin təhlükəli tərəflərinin təhlil ediləcəyini bildirib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət