“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (AXDG) Nəqliyyat donanmasına məxsus “Bərdə” gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb. Bu barədə QSC-nin məlumatında deyilir.
“Gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı nasoslar, köməkçi və baş mühərriklərəsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda gəmi qazanı, mühərriklərin soyutma boruları, lövbər qurğusu da sazlanıb. Bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi rənglənib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri həyata keçirilib. Sınaq üzüşündən uğurla çıxan gəmi-bərənin registrə dair müvafiq sənədləri də artıq hazırdır.
“Bərdə” gəmi-bərəsinin yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismarına start verilib. Qeyd edək ki, üzən vasitə Bakı-Türkmənbaşı-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Kurık-Bakı xətlərində müntəzəm çıxdığı səfərlərdə dəmir yolu vaqonları daşıyır.
Uzunluğu 154.50, eni isə 17.0 metr olan gəminin maksimal sürəti 13.9 uzeldir. Bərə göyərtəsinə 54 vaqon götürmək qabiliyyətindədir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət