AŞPA-da Azərbaycan parlamentinin nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası ilə münasibətlərə yenidən baxılmasını zəruri hesab edir.
"Biz Avropa Şurası ilə münasibətlərimizi ciddi şəkildə təhlil etməli və təkrar gözdən keçirməliyik", - deyə S.Seyidov bu gün parlamentin plenar iclasında AŞPA-nın payız sessiyasında Azərbaycanla bağlı qəbul edilmiş qətnamələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, "heç kim kənardan Azərbaycana necə inkişaf etməyi və öz siyasətini necə qurmağı diktə etmək hüququna malik deyil. "Biz ikitərəfli münasibətlərimizin qarşılıqlı hörmət əsasında qurulması üçün əlimizdən gələni etməliyik", - deyə nümayəndə heyətinin rəhbəri vurğulayıb.
S.Seyidov qeyd edib ki, Azərbaycana göstərilən təzyiq ölkə rəhbərliyinin yürütdüyü uğurlu siyasətlə əlaqədardır. "AŞPA-nın bu sessiyası bizim üçün əvvəlkilərdən daha mürəkkəb idi. Və məsələ təkcə Azərbaycanla bağlı sənədlərin hazırlanmasında deyil. Məsələ ondadır ki, bir çox avropalı deputatlar Azərbaycan əleyhinə nifrət dolu bəyanatlarla çıxış edirdilər. Avropa Şurası bizim üçün tribunasından dövlətimizin problemləri barədə açıq şəkildə danışa bildiyimiz çox mühüm meydançadır. Amma AŞ bu gün demokratiya və insan hüquqlarından Azərbaycana təzyiq aləti kimi istifadə edir", - deyə o bildirib.
S.Seyidov, həmçinin AŞPA-nın Azərbaycan əleyhinə qətnamələrinin Ukraynanın müxalifət partiyalarını təmsil edən nümayəndə heyətinin bir sıra üzvləri tərəfindən dəstəklənməsi ilə bağlı təəccübləndiyini deyib. "Doğrudur, Poroşenkonun partiyasını təmsil edən deputatlar əleyhimizə səs vermədilər. Onlar ümumiyyətlə səsvermədə iştirak etmirdilər", - deyə o vurğulayıb və əlavə edib ki, heç kim AŞPA daxilində Azərbaycan və Türkiyə nümayəndə heyətləri arasında nifaq sala bilməyəcək.*
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət