Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser Azərbaycana qarşı qərəzli münasibətdədir.Respublika Parlamentinin spikeri Oqtay Əsədov bu fikirdədir.
“AŞPA-nın məruzəçisi Azərbaycana qarşı qeyri - obyektiv münasibətdədir”,- deyə O.Əsədov çərşənbə axşamı Milli Məclisin plenar iclasında bəyan edib.
“K.Ştrasser bir sıra dövlətlərin rəhbərlərinin Ukraynaya futbol üzrə Avropa Çempionatına, Belarusiyaya hokkey üzrə Dünya Çempionatına getməyəcəklərini bəyan etməklə Bakıda keçiriləcək “Eurovision -2012” müsabiqəsini də boykot etməyə çağırır. Bu onun səviyyəsini və Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirir”,- deyə O.Əsədov söyləyib.
“İnsan hüquqlarının müdafiəsi bəhanəsi ilə onlar (Azərbaycanı tənqid edən qərb siyasətçiləri) Azərbaycana təzyiq göstərmək istəyirlər.Bu hamıya məlumdur.Hər savadlı insan bu mülahizələrin kökündə nə durduğunu yaxşı bilir”,- deyə o bildirib
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov K.Ştrasseri Azərbaycana qarşı qərəzli mövqe tutmaqda ittiham edib. ”Burada ikili münasibətlər açıq -aşkar görünür, belə ki,”siyasi məhbus”anlayışı yalnız Azərbaycana qarşı tətbiq edilir, halbuki Avropa dövlətlərinin özlərində insan hüquqları pozulur”,- deyə deputat qeyd edib.
Onun sözlərinə görə, bütün bunlar Avropa strukturlarının Azərbaycana qeyri-obyektiv yanaşmasının təzahürüdür.”Biz bununla bağlı Avropa Şurasına bir neçə məktub göndərmişik, lakin Kristof Ştrasser yenə bəyan edib ki, Azərbaycanda yalnız bir - siyasi məhbuslarla bağlı məsələnin öyrənilməsi ilə məşğul olacaq .Biz bunu qəbul edə bilmərik. Bizim əlimizdə Helsinki Vətəndaş Assambleyasının 2012-ci ildə buraxılmış sənədi var. Sənəddə Ermənistanda siyasi məhbusların mövcud olduğu bildirilir.Bu siyahıya Azərbaycanın işğal edilmiş ərazilərində - Dağlıq Qarabağda xidmət etməkdən imtina etdikləri üçün həbs olunan 55 erməni gəncinin adları daxil edilib.Hazırda onlar həbsxanadadırlar, lakin bu Avropada heç kimi maraqlandırmır”,- deyə S.Seyidov əlavə edib.
Bununla yanaşı, S.Seyidov qeyd edib ki, Assambleyanın yaxın zamanlarda keçirilən sessiyasında bir çox avropalı parlamentarilər K.Ştrasserə qarşı çıxış edib,onun Azərbaycana qarşı qərəzli mövqeyini və yalanlarını ifşa edərək ona qarşı təzyiq göstəriblər.”Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yüksək səviyyədə həyata keçirir və demokratiya prinsiplərinə əməl etməyə həmişə hazırdır.Lakin, biz dövlətimizi təzyiq hədəfi kimi seçənlərin mövqelərini qəbul edə bilmərik”,- deyə S.Seyidov vurğulayıb.
Bir gün əvvəl K.Ştrasser Azərbaycanda insan hüquqlarının pozulduğunu bəhanə edərək Avropa şurası ölkələrini Bakıda keçiriləcək “Eurovision -2012” mahnı müsabiqəsini tanımamağa çağırıb.
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət