Azərbaycanda banklar “FinCert”in yaradılması məsələsinin öyrənilməsi məqsədilə İşçi Qrupu təsis olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilib.
“20 oktyabr tarixində ABA-da “İT və İT təhlükəsizlik üzrə” üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib. İclas zamanı bankların digital bankçılığın inkişafına yönəldilən xərclərinin təhlili ilə bağlı xüsusi analitik hesabatın hazırlanması və “FinCert”in yaradılması ilə əlaqədar məsələlər müzakirə edilib”, - ABA-dan qeyd ediblər.
“FinCert”lə əlaqədar məsələlərlə bağlı“Azərbaycan Beynəlxalq Bankı” ASC, “AG Bank” ASC, “Kapital Bank” ASC və “Unibank” KB ASC-nin üzlərindən ibarət İşçi Qrupun yaradılması qərara alınıb. İşçi Qrupa “FinCert”lə əlaqədar daha geniş araşdırmanın aparılması və qrupun növbəti iclasında araşdırmanın nəticələrinin təqdim edilməsi həvalə edilib.
“Analitik materialın hazırlanmasında məqsəd Azərbaycanda digital bankçılığın genişləndirilməsinin dəstəklənməsi yönündə aidiyatı dövlət qurumları ilə müzakirələr üçün analitik əsas formalaşdırmaqdır (vergi güzəştləri və s.)”, - ABA-dan bildiriblər. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət