Azərbaycan indiyə qədər xarici investorlarla böyük mübahisəli məsələlərlə qarşılaşmayıb və böyük həcmli cərimələr ödəməyib. Bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
"Azərbaycanın imzaladığı 48 investisiya sazişi sayəsində ölkə iqtisadiyyatına $110 mln.-dan çox investisiya qoyulub. Amma indiyə qədər ölkə müqavilələr üzrə böyük mübahisəli məsələlərlə qarşılaşmayıb və böyük həcmli cərimələr ödəməyib. Bu, onun göstəricisidir ki, Azərbaycan etibarlı tərəfdaşdır və ölkədə investisiya mühiti zamanın tələblərinə cavab verir", - deyə S.Babayev bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bəzi ölkələr düzgün hazırlanmamış müqavilələrə və yol verilmiş nöqsanlara görə böyük problemlərlə üzləşir. "Ölkəyə yeni investisiyaların cəlb edilməsi, mübahisəli məsələlərin yaranması üzrə yeni tendensiyaların müəyyən edilməsi məqsədilə zamanın tələblərinə cavab vermək üçün qanunvericiliyi daim təkmilləşdirmək lazımdır", - deyə nazir müavini qeyd edib.
Bu gün Bakıda "Beynəlxalq investisiya siyasəti: irəliyə doğru" adlı konfrans öz işinə başlayıb. Tədbirdə 11 xarici ölkənin dövlət qurumlarının, beynəlxalq təşkilatların, o cümlədən UNCTAD, Avropa Komissiyası, Beynəlxalq Əmək Təşkilatı və Enerji Xartiyası Katibliyinin təmsilçiləri iştirak edir.
İkigünlük konfransın gedişində xarici investisiyalar siyasəti, mübahisəli məsələlərin həlli və ən uğurlu investisiya layihələri ilə bağlı təcrübənin öyrənilməsi məsələləri müzakirə olunacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət