Cümə günü Sankt-Peterburqda “Buta Airways” aviaşirkətinin turizm agentlikləri üçün təqdimatı keçirilmişdir.
Təqdimatda Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulu Sultan Qasımov, “Vozduşnıe Vorota Severnoy Stoliçi" ("Воздушные Ворота Северной Столицы") MMC-nin kommersiya direktoru Yevgeni İlyin, “Silk Way Travel” turizm agentliyinin nümayəndələri, Rusiyanın kütləvi informasiya vasitələri və yüzdən çox turizm agentliklərinin nümayəndələri iştirak etmişdirlər.
“Super Avia” şirkətinin turizm üzrə direktoru Olqa Voykina çıxışı zamanı Azərbaycanın turizm imkanları haqqında danışmışdır. O vurğulamışdır ki, Azərbaycanda həm qış və yay istirahəti, həm də ekskursiya və müalicə-sağlamlıq turizmi üçün şərait yaradılmışdır.
Təqdimatın sonunda hədiyyə uduşları oynanılmışdır.
Qeyd edək ki, Bakı - Sankt-Peterburq istiqamətində uçuşlar oktyabrın 30-dan etibarən yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi bu istiqamət üzrə də minimal qiymət 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar çərşənbə axşamı və bazar günündən başqa hər gün yerinə yetiriləcək. Bakıdan uçuş yerli vaxtla saat 08:00-da, Sankt-Peterburqdan uçuş isə yerli vaxtla saat 12:10-da həyata keçiriləcək.
“Büdcə” və “Standart” tarifləri üzrə aviabiletləri rəsmi saytda əldə etmək mümkündür. 10 kq-dək çəkisi olan əl yükü (55x35x20 sm ölçülərini gözləmək şərtilə), çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan "Super" tarifi üzrə aviabiletləri agentliklərin bütün satış ofislərində əldə edə bilərsiniz.
Lou-kost aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.
Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:
“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. Uçuşlar 2017-ci ilin sentyabr ayından yerinə yetirilməyə başlanmışdır.
Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət