Ankara Kürd Fəhlə Partiyasını məhv etmək məqsədilə Bağdad ilə əməkdaşlığa hazırdır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
“İraqın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk.Şimali İraqda baş verən hadisələr sadəcə kürdləri deyil, eyni zamanda, ərəbləri, türkmənləri və digər qrupları yaxından maraqlandırır”, - R.Ərdoğan Azərbaycan mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yaddan çıxarmayaq olmaz ki, Kərkük və Mosul da təklikdə kürdlərin məskəni deyil.
“Türkiyə İraq ərazisindəki PKK-nın mövcudluğuna son qoyulması kontekstində İraq hökuməti ilə hər cür əməkdaşlığa hazırdır”, - Türkiyə lideri vurğulayıb.
“İraq Kürdüstanı Regional Hakimiyyəti keçirdiyi qondarma referendumla beynəlxalq hüququ və İraq Konstitusiyasını pozub. Təəssüf ki, Kürdüstan Regional Hakimiyyəti bizim və beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq, qondarma referendum keçirmək yolunu seçdi”, - prezident bildirib.
Beləliklə, R.Ərdoğan qeyd edib ki, bu yolla yalnız İraqda deyil, bütün regionda sülh və sabitlik təhlükəyə atıldı.
“Keçən dövr ərzində verdikləri bəyanatlar tədricən də olsa səhvlərini başa düşdüklərini göstərir. Ən qısa müddətdə gözləntilərə cavab verəcək addımlar atmalarını istərdik”, - dövlət başçısı bəyan edib.
“Kərkükdə ictimai asayiş və sülhü pozmağa cəhd edə biləcək PKK terror təşkilatının bu regionda sığınacaq tapmasına vasitəçi olanlar buna görə bizim tərəfimizdən cavabdeh hesab olunacaqlar”, - R.Ərdoğan vurğulayıb. **
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət