Azərbaycan hökuməti ortamüddətli perspektivdə ət və quşçuluq məhsullarının istehsalında artım proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Proqnozlara əsasən, 2017-ci ildə ölkədə ət istehsalı 309,7 min ton təşkil edəcək, bu da 2016-cı ilin göstəricisindən 7,5 min ton çoxdur.
İstehsalın ümumi həcmindən 133 min ton mal əti (artım 2 min ton), 77 min ton qoyun əti (artım 1,8 min ton), 99,2 min ton quş ətinin (artım 4,3 min ton) payına düşüb.
2018-2021-ci illərdə ət istehsalında artım tendensiyası qorunacaq.
Xüsusilə, 2018-ci ildə ət istehsalı 314,5 min ton, 2019-cu ildə 320,3 min ton, 2020-ci ilodə 327 min ton, 2021-ci ildə 334,5 min ton həcmində proqnozlaşdırılır. Beləliklə, 2022-ci ilə qədər 2017-ci illə müqayisədə artım 8% təşkil edəcək.
Bununla belə, həmin dövrdə quş əti istehsalında ən böyük artım gözklənilir. Belə ki, 2022-ci ilə qədər respublikada quş əti istehsalı 110 min tona, mal əti istehsalı 143 min tona, qoyun əti istehsalı 81 min tona çatıb.
Hökumətin proqnozlarına əsasən, 2017-ci ilin yekunları üzrə respublikada iribuynuzlu mal-qaranın ümumi miqdarı 2,69 mln. baş təşkil edəcək, 2021-ci ildə 2,65 mln. başa qədər azalacaq. O cümlədən, xırda buynuzlu mal-qara arasında ümumi miqdarın azalması müşahidə olunacaq. 2021-ci ildə xırda buynuzlu mal-qaranın ümumi miqdarı 8,47 mln. baş təşkil edəcək, bu da 2017-ci ilin sonuna olan göstəricidən 120 min baş azdır. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət