Dünya Bankı (DB) bu gün Qafqaz Tranzit Dəhlizi (Caucasus Transit Corridor, CTC) üzrə yük daşımaları üçün tranzit və dəhliz potensialının gücləndirilməsi üzrə tədqiqatın ilkin nəticələrini Azərbaycanda əsas tərəfdaşlarına təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
“Qafqaz Tranzit Dəhlizi boyunca maneələrin müəyyən olunması, dəhlizin nəticələrinin monitorinqi metodu əsasında nəticələrin qiymətləndirilməsi, habelə dəhlizin rəqabət qabiliyyətinin və logistikasının yaxşılaşdırılması məqsədilə tədbirlərin tövsiyə olunmasında Azərbaycan və Gürcüstan hökumətlərinə texniki yardım göstərilir”, - deyə məlumatda bildirilir.
DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Navid Naqvi hesab edir ki, tədqiqat çərşivəsində bu mühüm nəqliyyat dəhlzinin səmərəlilik və rəqabətə davamlılığını daha da yaxşılaşdırmaq məqsədilə diqqət tələb edən sahələr sistemli şəkildə aşkar ediləcək.
Qafqaz Tranzit Dəhlizi Azərbaycan və Gürcüstanı Avropa, Çin, Qazaxıstan və regiondakı digər tərəfdaşlarla əlaqələndirir. Çin ixracının 16 faizinin Qərbi Avropaya yönəldiyini nəzərə alsaq, sözügedən dəhliz Çin və Qərbi Avropanı əlaqələndirmək üçün ciddi vasitəyə çevrilmək potensialına malikdir. O, eyni zamanda Çinin “Bir Kəmər – Bir Yol” təşəbbüsünün vacib komponenti olar bilər.
“Hazırda bu malların daşınması üçün digər marşrutlara üstünlük verən yük daşıyıcıları CTC xərclər baxımından səmərəli və yüksək keyfiyyətli nəqliyyat, eləcə də logistika xidmətləri təklif edəcəyi təqdirdə ona üstünlük verəcək”, - deyə məlumatda bildirilir.
Ölkələr CTC-nin nəticələrinin təkmilləşdirilməsi məqsədilə müxtəlif, o cümlədən sərhəd keçidinin idarə edilməsi, Xəzər dənizində bərə əməliyyatları və bərələrin konteyner potensialı, habelə Batumi və Poti limanlarının səmərəliliyi, Bakı Limanı və dəmir yolu arasında mübadilə, hər iki ölkədə logistika və təchizat zəncirinin idarə edilməsi, tam inkişaf etməmiş yük maşınları ilə daşımaçılıq sektoru kimi məsələlərlə məşğul olmalıdır. Özəl logistika şirkətləri üçün platformanın yaradılması dəhlizin göstəricilərinin təkmilləşdirilməsinə yardım edəcək.
2018-ci il dekabr ayının 1-də tamamlanacağı gözlənilən analitik fəaliyyət CTC-nin həcm və tələbatının hərtərəfli təhlilinin aparılması, CTC-nin nəticələrinin digər dəhlizlərlə qarşılaşdırılması, dəhlizin səmərəliliyinin artırılması məqsədilə siyasət tədbirləri və investisiyalar da daxil olmaqla strategiya və fəaliyyət planının hazırlanması və ölkələr arasında bilik mübadiləsinin təşkil olunması məqsədilə hökumətlər, özəl sektor və digər maraqlı tərəflərlə əlaqədə işi əhatə edəcək.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət