Vergilər Nazirliyi regionlarda ixrac yönümlü məhsulların istehsalı fəaliyyəti ilə məşğul olan ixracatçılara vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər hazırlayıb. Bu barədə nazirliyin məlumatında deyilir.
“Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin Tədbirlər Planında nəzərədə tutulmuş “Səmərəli vergi sisteminin təşviq edilməsi” tədbiri üzrə işçi qrupun hesabat xarakterli yekun iclası keçirilib.
“İstehsal sahəsi, daşınmaz əmlak və işçi qüvvəsi ilə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda ixrac yönümlü məhsulların istehsalı fəaliyyəti ilə məşğul olan ixracatçılara, eləcə də müəyyən edilmiş şərtlər daxilində özəlləşdirilən dövlət müəssisələrinin əmlak vergisi üzrənövbəti üç il üçün vergi güzəştlərinin tətbiqi ilə əlaqədar mexanizmlər hazırlanıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, işçi qrup tərəfindən ölkənin sosial-iqtisadi siyasəti nəzərə alınmaqla vergi güzəştlərinin və azadolmalarının monitorinqinin aparılması, onların səmərəliliyinin müəyyən edilməsi, eləcə də vergi qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihə hazırlanıb. Bu sənədlərdə sabit vergi məbləği haqqında qəbzin əhatə dairəsinin genişləndirilməsi, eləcə də hüquqi şəxslərin məlumat dəyişikliyinin elektron qaydada həyata keçirilməsi, məlumat dəyişikliyi prosedurunun sadələşdirilməsi kimi məsələlər nəzərdə tutulub.
Məlumatda qeyd olunur ki, ötən dövr ərzində pərakəndə ticarət və ictimai-iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən malların təqdim edilməsi üzrə nağdsız əməliyyatlara vergi güzəştlərinintətbiqi və vergi ödəyicilərində keçirilmiş vergi nəzarəti tədbirləri nəticəsində onlara hesablanmış vergi və maliyyə sanksiyalarının ödəmə müddətindən tez ödənilməsinə görə maliyyə sanksiyaları üzrə güzəştlərin tətbiqi mexanizmləri işlənib hazırlanıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət