2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqları 462 mln. 653 min 618,55 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,1% çoxdur. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 307 mln. 301 min 935,43 manat (artım 12,9%) və ya bütün bazar üzrə sığorta haqlarının 66,4%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 138 mln. 181 min 251,78 manat, qeyri-həyat sığortası üzrə sığorta haqları 169 mln. 120 min 683,65 manat təşkil edib.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə sığorta haqları 155 mln. 351 min 683,12 manat (artım 4,8%) təşkil edib.
Cari ilin 10 ayı ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 204 mln. 637 min 3,84 manat yönəldiblər ki, bu da ötən ilin 10 ayının göstəricisindən 7,3% çoxdur.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 158 mln. 899 min 803,16 manat (artım 10,6%) və ya bazar üzrə bütün ödənişlərin 77%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 93 mln. 637 min 328,75 manat, qeyri-həyat sığortası üzrə ödənişlər 65 mln. 262 min 474,41 manat məbləğində olub.
Yanvar-oktyabr aylarında icbari sığorta növləri üzrə ödənişlər 45 mln. 737 min 200,68 manat (azalma 2,6%) təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət