"Mingəçevir Tekstil" MMC 2018-ci ilin I rübündə pambıq iplik istehsalı fabrikini istismara verməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.
“Fabrikin 2018-ci ilin I rübündə istismara verilməsi planlaşdırılır. Layihəyə sərmayələr $46 mln. həcmində qiymətləndirilir”, - nazirlikdən qeyd ediblər.
Fabrikdə daimi əsasda 550 nəfər çalışacaq.
"Mingəçevir Tekstil" MMC bu ilin may ayında Mingəçevir Sənaye Parkının birinci rezidenti statusunu alıb.
İllik istehsal gücü 20 min ton olan fabrikin inşası üçün MMC-yə 14 ha torpaq sahəsi ayrılıb. Fabrikdə ipliklər Ring və Open End üsulları ilə istehsal olunacaq. Bu, Cənubi Qafqazda ən müasir tekstil fabriki olacaq.
Xəbər verildiyi kimi, Mingəçevir Sənaye Parkında istehsal edilən pambıq iplik ixracından ildə $25 mln. gəlir əldə edilə bilər. İstehsal edilən ipliyin 10 min tona qədərinin ixraca yönəldilməsi nəzərdə tutulur.
2016-cı ilin sentyabr ayında Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi olub. Parkın yaradılmasına sərmayələr $150-200 mln. təşkil edəcək. Xüsusilə, 60 mln. tikinti işləri, avadanlıq və dəzgahların alışı və quraşdırılmasına $150 mln. sərmayə tələb edir.
Sənaye Parkının nəzdində 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək.
Sənaye Parkında layihələrə ilkin sərmayələr 100 mln. manatı ötəcək. Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət