Nobel Oil Services şirkəti işgüzar tərəfdaşlarını komplayens və korporativ siyasətlərin tələblərinə uyğun davranışa təşviq edən səmərəli Etika və Komplayens proqramını həyata keçirir. Etika və Komplayens tələblərinin tətbiq edilməsi strategiyasının bir hissəsi olaraq Nobel Oil Services işgüzar əməliyyatlarda şəffaflığın dəstəklənməsi məqsədi ilə şirkətlər qrupunun təchizatçıları üçün təlimatlandırıcı sessiyaların keçirilməsinə başlamışdır.
Şirkətin Baş Kommersiya Direktoru Eldar Məmmədzadə giriş nitqi ilə Etika və Komplayens bölməsinin əhəmiyyətini və şirkətin əsas dəyərləri (Dürüstlük, Keyfiyyət, Təhlükəsizlik, Vahid Komanda və Mükəmməllik) ruhunda strategiyasının qurulmasında rolunu xüsusi qeyd etmişdir. Bu dəyərləri əsas tutaraq Nobel Oil Services şirkəti üçüncü tərəf təchizatçıların şəffaf və səmərəli seçilməsini təmin edir.
Şirkətin komplayens üzrə səlahiyyətli nümayəndəsi Nərminə Qardaşxanova təqdimatında Baş İcraçı Direktorun rəhbərlik etdiyi Komplayens komitəsinin strukturu və iş mexanizmi barəsində məlumat vermişdir. Komitə şirkətin korporativ siyasətlərinin və prosedurlarının Birləşmiş Krallığın, eləcə də Azərbaycanın qanunlarına və qaydalarına uyğunluğunu təmin edir. Birləşmiş Krallıqda qeydiyyatdan keçmiş şirkət olaraq Nobel Oil Services rüşvətxorluq və korrupsiya ilə mübarizə üzrə siyasətini və Davranış Kodeksini müvafiq qaydada tətbiq etmişdir. Şirkət hər hansı şikayətlər yaranarsa təchizatçılar tərəfindən məlumatların verilməsinin təşviqi üçün “Narahatlığını Bölüş” yardım xəttini səmərəli şəkildə idarə edir. Nobel Oil Services şirkətinin Komplayens bölməsi tərəfindən bütün halların ədalətli və qərəzsiz baxılmasına zəmanət verilir.
“İşgüzar münasibətlər qurulmazdan öncə təchizatçının uyğunluğunun yoxlanılması məcburi prosesə çevrilib. Bu kimi görüşlərin təchizatçılarla müntəzəm keçirilməsi nəzərdə tutulur ki, bu da prosesin şəffaf aparılması və ən yaxşı təchizatçıların seçilməsini təmin edir”, deyərək Nərminə Qardaşxanova bildirmişdir. “Şirkətin fəaliyyətinə və reputasiyasına mənfi təsir edə bilən istənilən halları aşkar etmək və aradan qaldırmaq üçün yardım xətti ilə daxil olan bütün məlumatları hərtərəfli araşdırırıq” deyə sözlərinə əlavə etmişdir.
Görüşün sonunda bir neçə praktiki misallar iştirakçılarla birlikdə müzakirə edilmişdir.
Nobel Oil Services (UK) Limited Böyük Britaniyada qeydiyyatdan keçmiş neft-qaz sahəsində ixtisaslaşmış çoxşaxəli şirkətlər qrupudur. Şirkətin korporativ idarəetmə sistemi Böyük Britaniyanın qanunvericiliyinə və İdarəetmə Məcəlləsinə uyğun təşkil edilib.
Nobel Oil Services şirkətinə daxil olan müəssisələr qazma, tikinti və layihələrin idarəedilməsi, eləcə də avadanlığa texniki xidmət, təchizat və layların neftverimliliyinin artırılması xidmətlərini göstərir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət