Milli Məclisin bu gün keçirilən iclasında “Silahlı Qüvvələr haqqında” yeni qanun I oxunuşda qəbul olunub.
““Silahlı Qüvvələr haqqında” qüvvədə olan qanun 1991-ci ildə qəbul edilib və yeni qanun layihəsinin nəzərdən keçirilməsinə böyük zərurət var», - deyə Milli Məclisin I vitse-spikeri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Onun sözlərinə görə, 1995-ci ildə Azərbaycanın birinci Konstitusiyası qəbul olunduqdan sonra hərbi sahədə çoxlu sayda qanunvericilik aktları qəbul edilib.
«Bu gün Azərbaycanda qüvvədə olan qanunda söhbət yalnız Silahlı Qüvvələrin statusundan gedir. Qanunda Quru Qoşunları, Havadan Müdafiə Qüvvələri və Dəniz Qüvvələrindən bəhs edilir. Yeni qanun layihəsi isə həm də Ordu və Silahlı Qüvvələrin digər silahlı bölmələri haqqında müddəaları əhatə edir», - deyə vitse-spiker qeyd edib.
Silahlı Qüvvələrin əsas vəzifələri bunlardır: Azərbaycan Respublikasına qarşı silahlı təcavüzün qarşısını almağa və onu dəf etməyə hazır olmaq; əməliyyat şəraitini, onun təhlükəli dəyişməsini izləmək və Azərbaycan Respublikasına qarşı silahlı təcavüzə hazırlığı vaxtında aşkar etmək və nəzarətdə saxlamaq; beynəlxalq hərbi əməkdaşlığı həyata keçirmək.
Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yarandıqda Silahlı Qüvvələrin vəzifələrinə tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək; ərazi müdafiəsi üzrə vəzifələri yerinə yetirmək; Azərbaycan Respublikasına qarşı xarici hərbi təcavüzü dəf etmək, ölkə ərazisinin müdafiəsi üzrə hərbi əməliyyatlar aparmaq daxildir.*
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət