Azərbaycan hökuməti ölkənin şimalında alma konsentratı istehsalı üzrə iri müəssisənin tikintisini məqsədəuyğun sayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Söhbət illik istehsal gücü 50 min ton olan alma konsentratı zavodundan gedir. Bu zavod əhalisinin ənənəvi olaraq bağçılıqla məşğul olduğu Quba və ya Qusar rayonunda inşa edilə bilər.
Bundan başqa, Quba, Qusar və Xaçmaz rayonlarında meyvə emalı üzrə kiçik və orta həcmli müəssisələrin və quru meyvə istehsalı üzrə müəssisələrin tikintisi də məqsədəuyğun hesab olunur.
Azərbaycanda Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsi məqsədilə meyvə-tərəvəz məhsullarının emalı üzrə üzrə kiçik və orta həcmli müəssisələrin yaradılmasının daha məqsədəuyğun olduğu rayonlar müəyyənləşdirilib.
Hazırlanmış tövsiyələrə əsasən Aran iqtisadi zonasında, xüsusilə Sabirabad, Bərdə, Ucar, Yevlax, Neftçala və Zərdab rayonlarında da meyvə emalı və quru meyvə istehsalı üzrə müəssisələrin yaradılması məqsədəuyğun hesab olunur.
Həmçinin Şəki-Zaqatala, Lənkəran, Dağlıq Şirvan, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi zonalarında da belə müəssisələrin yaradılması tövsiyə olunub.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət