Xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə bank VTB (Azərbaycan) korporativ sayt vasitəsi ilə depozit hesabının onlayn sifariş funksiyasını tətbiq edib. Yeni xidmət bütün tələb olunan sənədlərin hazırlanmasına ayrılan vaxta qənaət etməyə imkan verərək, əmanət hesabı açmaq istəyən müştərinin maksimal dərəcədə rahatlığını təmin edir.
Depozit hesabının açılmasını sifariş etmək üçün müştəriyə bankın www.vtb.az saytına daxil olaraq “Depozitin onlayn sifarişi” bölməsini seçib, açılan ərizəni doldurmaq kifayət edir. Sifarişi qəbul etdikdən sonra bankın əməkdaşı sifarişçi ilə əlaqə saxlayıb bankın ofisinə gəlib tələb olunan sənədləri imzalamaq üçün müştəriyə uyğun vaxt təyin edir. Bundan başqa, müştəri depozitin aylıq hesablanan faizlərini plastik kart vasitəsi ilə almaq istəyirsə, əlavə olaraq pulsuz plastik kart da onlayn rejimdə sifariş edə bilər. Beləliklə, banka gəldikdə, müştəri operativ şəkildə depozitini yerləşdirib, eləcə də depozit plastik kartı əldə edə bilər.
Xatırladaq ki, VTB (Azərbaycan) “Sərfəli”, “Universal” və “Sərbəst” depozitləri üzrə əlverişli şərtlər təklif edir. Seçilmiş depozitdən asılı olaraq maksimal faiz dərəcəsi 12% təşkil edir və hesabı manat, rubl və ya dollarda açmaq olar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət