Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov CİSCO şirkətinin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski və şirkətin MDB ölkələri üzrə şəbəkə akademiyasının proqram meneceri Alyona Domotenko ilə görüşüb.
Görüşdə rektor qonaqlara Ali Məktəb haqqında məlumat verərək burada təhsil alan tələbələrin İnformasiya Texnologiyaları (İT) üzrə yüksək nəzəri və praktiki biliklərə malik olduqlarını vurğulayıb. Rektor BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının Azərbaycanda yüksək İT təfəkkürə malik ən istedadlı tələbələlər yetişdirdiyini və bu gün həmin tələbələrə şirkətlər tərəfindən böyük ehtiyac duyulduğunu bildirib.
Şirkətin Azərbaycan üzrə meneceri Şərif Şıxlinski CİSCO-nun informasiya texnologiyaları sahəsində dünya lideri olduğunu və şirkətlərə gələcəyin imkanlarından faydalanmağa kömək etdiyini vurğulayıb. Xanım Alyona Domotenko isə CİSCO-nun ümumi və təhsil ocaqları ilə faəliyyət istiqamətindən danışıb, eləcə də şirkətin Şəbəkə akademiyası (Networking Academy) haqda məlumat verib.
Görüşdə tərəflər birgə əməkdaşlığın mümkün istiqamətləri haqda müzakirələr aparıb və razılığa gəliblər. Müzakirələrin nəticəsi olaraq BANM-ın yeni kampusunda Ali Məktəbin tələbələri, eləcə də digər universitetlərin tələbələrinin yararlana biləcəyi CİSCO Şəbəkə akademiyasının yaradılması və bu mərkəzdə CİSCO –nun mütəxəssisləri tərəfindən təlimlərin aparılması, müxtəlif layihələrin həyata keçirilməsi qərara alınıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət