VTB qrup istənilən Rusiya banklarının müştərilərinə MDB və Gürcüstandakı VTB banklarının kartlarına sürətli pul köçürmə imkanı verən layihə reallaşdırıb. Layihə “Multikarta” prosesinq şirkətinin dəstəyi ilə həyata keçirilib.
Beləliklə, bundan sonra bank VTB (Azərbaycan) plastik kart sahibləri onlara göndərilən pulları kart vasitəsi ilə ala biləcək və banklara gəlməyə vaxt itirməyəcək. Əməliyyatı həyata keçirmək üçün müştərilərə bankın saytındakı xüsusi bölmədə köçürmənin məbləğini göstərmək və vəsaiti göndərənin və alanın kart rekvizitlərini əlavə etmək kifayətdir. Vəsait kart hesabının valyutasında köçürülür və hesaba oturulur. Bununla da pul vəsaitini alan şəxsə konvertasiya etməyə ehtiyac qalmır.
Əməliyyatın gün ərzində minimal məbləği 100 rubl, maksimal məbləği isə 100 000 rubl təşkil edir. Köçürmə zamanı komissiya VTB qrup tariflərinə uyğun olaraq tutulur.
Qeyd edək ki, vəsaiti göndərənin də, alanın da kartları Visa və ya MasterCard ödəniş sistemləri əsasında buraxılmalıdır. Yeni xidmətə https://perevod.vtb24.ru linki vasitəsi ilə keçmək mümkündür.
“Yeni xidmət maliyyə əməliyyatlarını tez və rahat şəkildə reallaşdırmağa imkan verəcək, çünki vəsaitin hesaba daxil olma sürəti cəmi bir neçə dəqiqə təşkil edir. İnternet olduqda, pul köçürmələrini istənilən vaxt və istənilən yerdən həyata keçirmək mümkündür. Bu zaman müştəri üçün vəsaiti alan şəxs barədə minimal məlumata malik olmaq kifayətdir” – deyə, bank VTB (Azərbaycan) Əməliyyat Departamentinin direktoru v.i.e. Anar Rəhimov yeni xidməti şərh edərkən bildirib.
“Yeni xidmət Rusiya banklarının, eləcə də MDB və Gürcüstandakı VTB banklarının müştərilərinin maliyyə rahatlığını təmin edəcək. Pul göndərən şəxsə artıq pul köçürmə sistemi axtarmağa və banka gedərək vaxt itirməyə ehtiyac qalmır, bundan başqa vəsaiti alan şəxsin də banka getməsinə ehtiyac qalmır, çünki o, pullarını kart vasitəsi ilə əldə edir” – deyə, “Multikarta” prosesinq şirkətinin baş direktoru Kiril Sviridenko bildirib.
дов и тратить время на поход в банк, а у получателя средств нет необходимости идти в отделение банка за денежными средствами, он получает их на свою карту».
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət