Azərbaycanın “Silk Way Technics” şirkəti MDB ölkələri arasında ilk dəfə olaraq müasir “Boeing 787-8 Dreamliner” avialaynerində “C-Check” həcmində baza texniki xidməti yerinə yetirmişdir.
“C-Check” baza texniki xidməti çərçivəsində ümumilikdə 1679 saat planlı işlərin və 174 saat isə plandankənar işlərin yerinə yetirilməsinə sərf olunmuşdur. Bu xidmət təyyarənin bütün sistemlərinin, avadanlıqlarının və strukturunun iş qabiliyyətinin yoxlanılması üzrə ən dəqiq və mürəkkəb yoxlama tiplərindən biridir. O, uçuş saatının sayı, enmə sayı və ya təyyarənin təqvim istismar müddəti ilə ölçülən ciddi müəyyən olunmuş intervallar vasitəsilə yerinə yetirilir. Texniki xidmətin bu forması xeyli dərəcədə ağırlığı və işin yerinə yetirilməsinin ciddi dövriliyi ilə fərqlənir.
Qeyd edək ki, bundan öncə “Silk Way Technics” “Boeing 747-8” təyyarələrində analoji baza xidməti yerinə yetirmişdir.
Bu gün “Silk Way Technics”in bazasında Azərbaycan və digər ölkələrin aviaşirkətləri tərəfindən istismar olunan Boeing 747-400, 747-8, 757-200, 767-300, 787-8, Airbus A319/320/321 və А340-500/600, Embraer 170/190 və Gulfstream G200, G280, G450, G550, G650, ATR42 kimi hava gəmiləri və onların komponentlərinə operativ texniki xidmət və baza xidməti yerinə yetirilir.
Regionda və MDB ölkələrində aparıcı texniki xidmət mərkəzlərindən biri olaraq, “Silk Way Technics” texniki xidmət üzrə təsdiqlənmiş təşkilatdır və Azərbaycan (SCAA), Avropa (EASA), ABŞ (FAA), Bermud adaları (BCAA), Qətər (QCAA) və Küveytin (DGCA) aviasiya hakimiyyətlərinin sertifikatlarına malikdir. Şirkət bütün növ hava gəmilərinə xidmət olunması üçün öz texniki imkanlarını artırmağı bundan sonra da davam etdirəcək.
"Silk Way Technics" şirkətinin mətbuat xidməti
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət