Nobel Oil Services şirkəti Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AmCham) İnsan Resursları Komitəsinin iclasına ev sahibliyi edərək əməyin təzminatı və güzəştlər proqramı sahəsində aparılan işlər barədə üzv şirkətlər üçün təqdimat keçirib.
BP şirkətinin Vitse-Prezidenti və İnsan Resursları Komitəsinin sədri Leyla Novruzova qonaqları salamlayaraq ilin son tədbirini açıq elan etmişdir. EY Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru və Amerikanın Azərbaycandakı Ticarət Palatasının İdarə Heyətinin üzvü İlqar Vəliyev komitənin fəaliyyətinə verdikləri töhfəyə görə Komitənin üzvlərinə təşəkkürünü bildirmişdir.
Nobel Oil şirkətinin Qrup üzrə İnsan Resursları departamentinin meneceri Ellada Alışova tədbir iştirakçılarına şirkətin tarixi və inkişafı, fəaliyyətinin əhəmiyyətli mərhələləri, həyata keçirilmiş və hazırda icra edilən iri layihələr, həmçinin, şirkətin törəmə müəssisələri və ortaq şirkətləri barədə məlumat təqdim etmişdir.
Görüş zamanı Nobel Oil şirkətinin İnsan Resursları üzrə koordinatoru Cəfər Yusifov şirkətin biznes ehtiyacları ilə uzlaşdırılmış və peşəkar inkişafı təmin etmək məqsədi ilə yaradılan vəzifə dərəcələnməsi və işin qiymətləndirilməsi sisteminin tətbiqi sahəsində şirkətin təcrübəsi barədə ətraflı məlumat təqdim etmişdir. Vəzifə dərəcələnməsi sistemi istedadların cəlb olunması və mükafat proqramını effektiv qaydada dəstəkləyərək işçilərin fəaliyyətinin qiymətləndirilməsi prosesi ilə əlaqələndirilir. Həmin prosesin həyata keçirilməsi həm Nobel Oil şirkətini, həm də törəmə şirkətləri əhatə edən SAP ERP sistemi vasitəsilə idarə olunur ki, bu da bütün şirkətlərdə ümumi əlaqələndirmə üçün vahid vasitə yaradır. Vəzifə dərəcələnməsi sisteminin tətbiqi daha funksional təşkilati strukturun və ədalətli ödəniş sisteminin formalaşdırılmasına töhfə verməklə yanaşı, həm də biznes əməliyyatlarının ehtiyaclarını qarşılamağa kömək edir.
Nobel Oil Services şirkəti əldə etdiyi nəticələri iclas iştirakçılarına təqdim edərək həmçinin oxşar layihələr həyata keçirməyi planlaşdıran şirkətlərin nümayəndələri ilə real təcrübəyə əsaslanan praktiki məsləhətlərlə bölüşmüşdür.
Nobel Oil Services şirkəti qarşılıqlı maraq kəsb edən mövzular üzrə digər məruzəçilərə təşəkkürünü bildirmişdir.
Tədbirdə SOCAR, BP, Total, Wood, McDermott, AA Services, Deloitte & Touche, EY, KPMG, PwC, ADA Universiteti və digər şirkətlərin nümayəndələri iştirak etmişdirlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət