Dekabrın 19-da “Four Seasons” otelində AccessBank-ın dəstəyi, “Pəncərə” və “Granation” klublarının təşkilatçılığı ilə “Qadının yaşı olmur” adlı tədbir keçirildi. Gecə Azərbaycanın ictimai həyatında iştirak etmiş və ölkə inkişafına töhfə vermiş qadınlara həsr olunmuşdur.
Tədbirin aparıcısı, Əməkdar artist Nərgiz Cəlilova qonaqları salamlayaraq, Azərbaycan qadınlarının öz ağılı, istedadı, milli-mənəvi keyfiyyətləri ilə dünya qadınları arasında yüksək yer tutduğunu vurğulayıb.
Daha sonra “Pəncərə” klubunun rəhbəri,yazıçı Günel Anarqızı və “Granation” klubunun təsisçisi Nərmin Mahmud qonaqları salamlayaraq, klubların fəaliyyətindən, gecənin məramından söz açdılar.
Gecədə iştirak edən AccessBank-ın Marketinq Departamentinin rəhbəri Günay Cəlilova 100-dən çox gözəl qadını bir arada görməkdən çox məmnun olduğunu qeyd edərək öz fikirləri ilə bölüşdü:
“Əgər əvvəllər qadının əsas rolu dünyaya uşaq gətirmək, onları böyütmək, tərbiyəsi ilə məşğul olmaq və məişət işləri ilə məhdudlaşırdısa, günümüzdə qadınlar dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. sahələrdə geniş təmsil olunurlar. Yaşlarından asılı olmayaraq, qadınların həyat və professional təcrübəsi cəmiyyət üçün hər zaman çox faydalıdır.
AccessBank yaradıldığı tarixdən etibarən öz Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində hər zaman qadınlara dəstək məqsədilə çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin əksəriyyəti Azərbaycanın regionlarında qadın sahibkarlara maliyyə savadlılığı sahəsində treninqlərin keçirilməsi ilə bağlı olub. Sevindirici haldır ki, illər öncə bizim maliyyə savadlılığı sahəsində treninq keçirdiyimiz qadınların bir çoxu hal-hazırda uğurlu sahibkar qadınlara çevriliblər və biz onlarla qürur duyuruq. AccessBank olaraq biz bundan sonra da qadınlarımıza hər tərəfdən dəstək olmağa davam edəcəyik.”
Gecədə çıxış edən Çingiz Abdullayev, Fəxrəddin Manafov, Faiq Ağayev bu qədər çox sayda gözəl və uğurlu qadının iştirak etdiyi bir tədbirə dəvət olunduqları üçün minnətdarlıqlarını bildirdilər və Azərbaycan qadınının milli-mənəvi dəyərlər sistemimizin təşəkkülündə və yaşadılmasında müstəsna rolu olduğunu qeyd etdilər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət