22 dekabr 2017-ci il tarixində «Azərikimya» İstehsalat Birliyi və Respublika “Qızıl Aypara” Cəmiyyətinin Sumqayıt şəhər şöbəsinin «Mərhəmətli olmağa tələsin!» devizi altında birgə keçirdiyi növbəti xeyriyyə aksiyasına yekun vurulmuşdur.
Birliyin akt zalında keçirilən təqdimetmə tədbirində «Azərikimya» İB-nin struktur bolmələri ilə yanaşı, Sumqayıtda yerləşən bir sıra idarə və müəssisələrin, səhiyyə şobəsinin, özəl klinikaların, şəhər bələdiyyəsinin, ictimai təşkilatların, sığorta şirkətlərinin və s. nümayəndələri iştirak etmişdir.
Tədbirdə vurğulanmışdır ki, bir ay davam edən bu aksiyada şəhərdə fəaliyyət gösrərən 20-ə yaxın şirkət, idarə, müəssisə və təşkilat iştirak etmişdir. Əldə olunan vəsait hesabına 200 nəfər ehtiyacı olan, aztəminatlı ailələrin uşaqlarına isti qış geyimləri alınmışdır. Alınan ləvazimatlar uşaqlara təqdim olunmuşdur.
«Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Respublika «Qızıl Aypara» Cəmiyyətinin Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova çıxış edərək, 7 ildən bəri davam edən və artıq ənənə halını almış bu xeyirxah təşəbbüsə qoşulan, bu gün də bu missiyanı ürəklə davam etdirən idarə, müəssisə və təşkilat rəhbərlərinə, həmçinin fərdi sahibkarlara minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirin bədii hissəsində Şaxta baba və Qar qız qarşıdan gələn yeni il münasibətilə uşaqları təbrik etmiş və onlara “Araz” Marketlər Şəbəkəsi tərəfindən hazırlanmış 200 ədəd hədiyyə təqdim olunmuşdur.
Tədbirdə həmçinin əsaslı təmir və yenidənqurma işlərindən sonya yeni istifadəyə verilmiş “Kimyaçı” Mədəniyyət sarayının bədii və rəqs kollektivləri uşaqlar qarşısında bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış etmişlər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət