2018-ci ilin fevral ayında 30 Azərbaycan şirkəti Moskva şəhərində keçiriləcək "Prodexpo" sərgisində iştirak edəcək. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşdə deyib.
Ş.Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. “Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dolları, Rusiya isə Azərbaycan iqtisadiyyatına 3,7 mlrd. ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan Rusiya Federasiyasının Şimali Qafqaz regionuna sərmayə qoyuluşu üzrə əsas investor ölkələrdəndir.
İqtisadi sahədə əlaqələrin inkişafı perspektivlərindən danışan Ş.Mustafayev qeyd edib ki, sənaye, neft maşınqayırması, turizm, tranzit sahələrində, Rusiya şirkətlərinin Azərbaycanda yaradılan sənaye parklarına və aqroparklara investisiya qoyuluşu, birgə müəssisələrin yaradılması, qeyri-neft məhsullarımızın Rusiyaya ixracının, regionlararası əməkdaşlığın genişləndirilməsi və s. sahələrdə əməkdaşlıq imkanları genişdir.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət