Nazirlər Kabineti “Lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər”i təsdiq edib.
Hökumətin qərarına əsasən, bu tələblər 30 dövlət strukturu, dövlət şirkəöti, təşkilat, rayon icra hakimiyyəti orqanına şamil edilir.
Xüsusilə, lisenziya və ya icazə verən orqanların lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün son müddətlər Nazirlər Kabineti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Televiziya və Radio Şurası, Radiotezliklər üzrə Dövlət Komissiyası və rayon (şəhər) icra hakimiyyətləri üçün 1 may 2018-ci il tarixidir.
Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Dəniz Administrasiyası, Dövlət Mülki Aviasiya Administrasiyası, Auditorlar Palatası, Müəllif Hüquqları Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Dövlət Neft Şirkəti üçün bu tarix 1 mart 2018-ci il müəyyən edilib.
Dövlət Reklam Agentliyi üçün isə 1 dekabr 2018-ci il müəyyən edilib.
Xəbər verildiyi kimi, 2017-ci ilin dekabr ayında İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr” portalını (www.lisenziya.gov.az) təqdim edib. Portal 2018-ci ildən etibarən fəaliyyətə başlayacaq.
Bu portaklın istifadəyə verilməsi bu və ya digər fəaliyyət üçün lisenziya əldə etmək üçün müraciətin elektron formada təqdim etməyə imkan yaradacaq.
Bununla bərabər, lisenizyalar “ASAN xidmət” vasitəsilə veriləcək.
Hazırda Azərbaycanda 37 fəaliyyət növünə lisenziya verilir. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət